Gəncədə oğurluq hadisəsi baş verib. Bu haqda Gencexeber.az-a 3 mart tarixində məlumat daxil olub.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Burada yerləşən “MegaStore” mağazasının seyfindən 180.000 manat pul oğurlanıb. Adıçəkilən əraziyə 2-ci Polis Şöbəsinin əməkdaşları cəlb olunublar.
Oğurluq edən şəxsin kimliyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.