Gəncədə şahmat və dama turniri keçirilib. Bu haqda 20 yanvar tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Turnir ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunub. Burada məktəblilər iştirak ediblər. Birincilik Gənclər və İdman Baş İdarəsi ilə 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə reallaşıb.
Həm qız, həm oğlanların qatıldığı yarışlarda 300-ə yaxın şahmatçı iştirak edib. Yekunda fəxri yer tutanlar diplomla təltif olunublar.