Gəncədə təhsil müəssisəsinə təyinat olub. Bu haqda 13 sentyabr tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Sənədə əsasən, Gəncə şəhəri üzrə Təhsil Sektorunun müdiri seçilib. Bu vəzifə 17 nömrəli tam orta məktəbin direktoru Nərgiz Həsənovaya həvalə edilib.
Qeyd edək ki, Nərgiz Həsənova 1990-cı ildən biologiya müəllimi, 2011-ci ildən isə 17 nömrəli tam orta məktəbin direktoru kimi fəaliyyət göstərib.