Gəncədə 18 il həbs cəzası verilən məhkumun işinə başqa hakim baxacaq. Bu haqda 17 aprel tarixində Qafqazinfo.az-a istinadən xəbər veririk.
10 yaşlı Nərmini öldürməkdə təqsirli bilinən məhkum İlkin Süleymanovun hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı müvəqqəti dayandırılıb. Prosesin dayandırılmasına səbəb Gəncə Apellyasiya Məhkəməsində 8 aydır davam edən cinayət işinə sədrlik edən hakim Teyyub Muxtarovun Ali Məhkəməyə təyinat almasıdır.
Yeni məhkəmə tərkibi müəyyən edildikdən sonra proses davam edəcək.
Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.