Gəncədə güzəştli mənzillərin satışı start götürür. Bu haqda 20 iyun tarixində Mənzil İnşaatı Dövlət Agentliyinə istinadən məlumat veririk.
Mənzil İnşaatı Dövlət Agentliyi Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksindəki mənzillərin satışa çıxarılacağı tarixi açıqlayıb. Məlumata əsasən, 243 mənzilin satışı 29 iyul saat 11:00-da başlayacaq və 11 avqust saat 11:00-dək davam edəcək.
Bildirilir ki, gözləmə qaydasında mənzillərin seçimi 3 avqust saat 11:00-da başlayacaq və 11 avqust 11:00-da yekunlaşacaq.
MİDA sərəncamında olan mənzillərin əldə edilməsini “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqdadırlar.
Daha ətraflı məlumatla keçid vasitəsilə tanış olmaq mümkündür.