Gəncəli idmançı Belarusda keçirilən yarışda iştirak edəcək. Bu haqda 12 avqust tarixində Gənclər və İdman idarəsinə istinadən xəbər veririk.
Təmsilçimiz - 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Fuad Quliyev Belarusda keçirilən ll MDB Oyunlarında muay - tay idman növü üzrə iştirak edəcək. O, 54 kq çəki dərəcəsində yarışacaq. İdmançımızın rəqibi Rusiyadan olan İmam Qadjiyevdir.
[caption id="attachment_42482" align="alignnone" width="300"]
Foto Gəncə Daşkəsən Regional Gənclər və İdman İdarəsi[/caption]