Gəncədə Sığorta Festivalı keçirilib. Bu haqda Gencexeber.az-a 11 sentyabr tarixində məlumat daxil olub.
Festival Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı ilə təşkil olunub. Burada Mərkəzi Bankın, Sığortaçılar Assosiasiyasının, İcbari Sığorta Bürosunun, sığorta şirkətlərinin rəhbərləri, o cümlədən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da iştirak ediblər.
Tədbir çərçivəsində sakinlər üçün müxtəlif hədiyyəli oyunlar, intellektual yarışlar və sürprizli şoular təşkil olunub. Festival zamanı ölkədə həyata keçirilən “Sığorta maarifləndirməsi” layihəsinın tərkib hissəsi olaraq əhaliyə sığorta məhsulları ilə bağlı maarifləndirici məlumatlar verilib. Burada sığorta şirkətlərinin nümayəndələri iştirakçılara yerində sığortalanmaq imkanı yaradıblar.
Tədbir konsert proqramı ilə başa çatıb.
[modula id="44885"]