top
Latviyanın ölkəmizdəki müvəqqəti işlər vəkili şəhərimizə baş çəkib
01 iyun 2023, 12:00
- ↺ +

Latviyanın ölkəmizdəki müvəqqəti işlər vəkili şəhərimizə baş çəkib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Latviyanın nümayəndəsi Gəncəyə səfər edib. Bu haqda 1 iyun tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Latviya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa icra başçısı Niyazi Bayramovla görüşüb. Şəhər rəhbərliyi qonağı salamlayaraq, Azərbaycan-Latviya münasibətlərinin vacibliyindən danışıb, Gəncə şəhərinin iqtisadi, sənaye, təhsil və digər sahələri barədə məlumat verib.

Görüşdə Gəncədə görülən abadlıq-quruculuq işləri çərçivəsində küçələrin işıqlandırılması mövzusuna da toxunulub. Viya Buşa bildirib ki, görüşdən əvvəl “Gəncə Şərab-2” ASC-yə gedib və müəssisədə yaradılan yüksək səviyyəli şəraitlə tanış olub. O, səfər çərçivəsində Mənzil Kommunal Təsərüfatı İstehsalat Birliyini, o cümlədən “Azəralümüinium” ASC-ni də ziyarət edəcəyini vurğulayıb.

Görüşdə şəhərin küçə işıqladırılması ilə bağlı əməkdaşlığa dair bir sıra təkliflər səsləndirilib. Latviyanın “SİA Vizulo” şirkətinin yüksək standartlara cavab verən işqılandırma avadanlıqları haqqında geniş məlumat verilib, ikitərəfli mümkün iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.

Bundan başqa, diplomat Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış əraziyə baş çəkib. Ona hadisələr barədə məlumat verilib. Viya Buşa terror zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, əraziyə gül dəstələri düzüb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:02

İkinci qrup əlil Gəncədə 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi

Bütün xəbərlər
Bu gün, 10:38

Gəncədə bəzi sürücülər yol hərəkəti qaydalarına məhəl qoymur

Bütün xəbərlər
Bu gün, 10:06

Nüsrət Kəsəmənlinin anım günüdür

Bütün xəbərlər
Bu gün, 09:00

Almaniya səfiri Gəncəyə səfər edib

Bütün xəbərlər
Bu gün, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Tarix
Bu gün, 00:01

15 oktyabr 2020-ci il: Vətən müharibəsinin 19-cu günü

Bütün xəbərlər
Dünən, 16:39

Maşınlar toqquşdu – 5 nəfər xəstəxanaya çatdırıldı

Bütün xəbərlər
Dünən, 15:37

Gəncədə 10 il ərzində əkin sahələri 61% azalıb

Bütün xəbərlər
Dünən, 15:01

Ermənistanda tutulan daşkəsənli əsgərin atası: "Dövlətimizə güvənirik"

Bütün xəbərlər
Dünən, 13:54

Sabah da Gəncədə hava isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:19

Bir yaşlı oğlunun ölümünə səbəb olan anaya bu cəza verildi

Bizim fəxrimiz
Dünən, 11:37

Gəncəli güləşçi beynəlxalq turnirdə UĞUR QAZANIB

Bütün xəbərlər
Dünən, 11:07

Gəncə sakini evində ölü tapılıb

Bütün xəbərlər
Dünən, 09:40

ATU-da konfrans baş tutacaq

Bütün xəbərlər
Dünən, 00:00

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Bütün xəbərlər
13 oktyabr 2026, 17:18

GDU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
13 oktyabr 2026, 16:33

Gəncədə bir sıra ərazilər TƏMİZLƏNDİ

Bütün xəbərlər
13 oktyabr 2026, 14:13

"Gəncə Open-2026" şahmat festivalına start verilib

Bütün xəbərlər
13 oktyabr 2026, 12:50

Gəncədə hava yenidən isinir - PROQNOZ

Bütün xəbərlər
13 oktyabr 2026, 11:57

Gəncəli şəhidin ad günüdür

Bütün xəbərlər
13 oktyabr 2026, 11:24

Gəncədə bir neçə cinayət törədən şəxs 3 ildən çox həbs edildi

Bütün xəbərlər
13 oktyabr 2026, 09:33

Gəncə sakini sirkə turşusundan zəhərlənib

Bütün xəbərlər
13 oktyabr 2026, 09:00

Gəncədə ödənişsiz məşğələlərə başlanılır

Bütün xəbərlər
13 oktyabr 2026, 00:00

13 oktyabr 2020: Vətən Müharibəsinin 17-ci günü

Oxşar xəbərlər