Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 29-u günün birinci yarısında bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Goranboy, Naftalan, Qazax, Ağstafa, Daşkəsən, Tovuzda şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.