top
Kommunikasiya xətlərinin üzərində tikilən evlərin sənədləşdirilməsi mümkün deyil - Dövlət Xidmətinin rəisi
29 avqust 2026, 10:04
- ↺ +

Kommunikasiya xətlərinin üzərində tikilən evlərin sənədləşdirilməsi mümkün deyil - Dövlət Xidmətinin rəisi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Özbaşına tikintilərin müəyyənləşdirilməsi meyarlarından biri icazə verilməyən torpaqlarda tikintinin aparılmasıdır".

Bunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.

O bildirib ki, tikinti qadağan olunan ərazilər qanunvericilikdə müəyyən edilib:

"Bunların kateqoriyasına kənd təsərrüfatı təyinatlı torpaqlar, meşə fondu torpaqları, su fondu torpaqları və xüsusi qorunan ərazilər aiddir. Bu ərazilərdə tikinti aparılmasına qanunvericiliklə yol verilmir. Ancaq müəyyən istisna halları var. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuş müəyyən tikintilər və qurğular inşa oluna bilər. Lakin bunun da şərtləri var. Burada mütləq tələb ondan ibarətdir ki, mülkiyyətdə və icarədə olan torpağın həcmi 5 hektardan az olmasın və tikinti aparıla bilən sahə bunun 1 faizindən artıq olmasın. Əgər biz 5 hektardan danışırıqsa, bu 500 kvadratmetr deməkdir ki, tikinti ondan artıq ola bilməz. Başqa tikintilərin kənd təsərrüfatı təyinatlı ərazilərdə aparılması qanunla qadağandır. O cümlədən, həmin ərazilərdə fərdi yaşayış və çoxmənzilli yaşayış binalarının tikintisini qanun qadağan edib. 

Bundan əlavə, tikintinin qadağa olunduğu digər ərazilər mühəndis kommunikasiya infrastrukturu obyektlərin altında və onların mühafizə zolaqlarında yerləşən torpaqlardır. Buraya kollektorlar, su və kanalizasiya xətləri, yüksək gərginlikli elektrik xətləri, rabitə xətləri, neft və qaz borularının yerləşdiyi ərazilər və onların mühafizə zonaları daxildir. Çünki həmin mühəndis infrastrukturunun normal fəaliyyəti üçün onlara qulluq göstərilməsi, onların saxlanılması, təmiri və s. üçün bu əraziyə müvafiq təchizatçı qurumların yaxud infrastruktur kimin balansındadırsa, onların çıxışı olmalıdır ki, onlara gəlib rahat qulluq göstərə bilsinlər. İkinci daha vacib məqam insan həyatı və sağlamlığı üçün, eyni zamanda insanların əmlakı üçün yaratdığı təhlükədir. Bu, potensial risk mənbəyidir. Ona görə, həmin obyektlərin yaxınlığında, xüsusən də onların üzərində hər hansı tikintinin inşası qəti qadağandır. Həmin kommunikasiya xətləri oradan köçürülmədiyi təqdirdə orada ev tikintisinin aparılması və onların sənədləşdirilməsi mümkün deyil".

Mənbə: Apa.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Bu gün, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Bu gün, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Bu gün, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Bu gün, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Bu gün, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Bu gün, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Bu gün, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Bu gün, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Bu gün, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Bu gün, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Bu gün, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Bu gün, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Bu gün, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Bu gün, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Bu gün, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Bu gün, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Bu gün, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Bu gün, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Bütün xəbərlər
Dünən, 16:07

Gəncədə milyonlara tikilən filarmoniya ÇAT-ÇATDIR

Oxşar xəbərlər