Gəncə voleybol klubu heyətini gücləndirib. Bu haqda 6 sentyabr tarixində kluba istinadən xəbər veririk.
Qadınlardan ibarət komandamız braziliyalı voleybolçu ilə müqavilə imzalayıb. Bu 36 yaşlı 1.80 santimetr boyu olan hücumçu Fernanda Melodur.
Voleybolçu ötən mövsümü Perunun “Alianza” klubunda keçirib. Daha əvvəl isə Braziliyanın “Uniara”, “Sollis Nestle”, “Rio do Sul”, Argentinanın “Ximnasiya Esqrima La Plata”, Fransanın “İstr”, Kiprin “Pafiakos” və Yunanıstanın “Tiras” klublarının şərəfini qoruyub.
Qeyd edək ki, komandamız yeni mövsümdə belaruslu baş məşqçi Sergey Çasnavitskinin rəhbərliyi altında çıxış edəcək.