Gəncədə gənclər üçün maarifləndirici təlim keçirilib. Bu haqda 14 iyun tarixində KOBİM-ə istinadən məlumat veririk.
"Liderlik və onun formaları", "Etik davranış qaydaları", "Marketinq strategiyası" mövzularında təlim Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən təşkil olunub. 16 nəfər iştirakçının qatıldığı təlimdə marketinq bazar araşdırılması, bazara dair əsas anlayışlar, marketinqin funksiyaları və s. barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.