Gəncədə yeni təyinat olub. Bu haqda 28 avqust tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Sənədə əsasən, şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru Ceyhun Mustafayev vəzifədən azad edilib.
Digər əmrə görə, polis mayoru Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin təhqiqat bölməsinə rəis təyin olunub.