Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda 30 sentyabr tarixində FHN-ə istinadən məlumat veririk.
Hadisə ümumi sahəsi 240 kvadratmetr olan ikimərtəbəli tikilidə qeydə alınıb. Nəticədə binanın yanar konstruksiyaları və 1-ci mərtəbəsində yerləşən 2 ədəd “VAZ” markalı minik avtomobili yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölmələri cəlb olunub. Alov söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.