Gəncədə istehsal sexi hərraca qoyulacaq. Bu haqda 30 sentyabr tarixində Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat veririk.
Hərrac 31 oktyabr saat 10:00-da baş tutacaq. Burada satışa çıxarılacaq ikimərtəbəli istehsal sexi Zərifə Əliyeva küçəsi, 2-ci döngə, bina 10-da yerləşir.
Əmlakın ümumi sahəsi 1160.8 kvadratmetrdir. İlkin satış qiyməti isə 156.250 manatdır.
Hərrac Zərifə Əliyeva küçəsi, 3 ünvanında keçiriləcək. Ətraflı məlumatı (022) 256 13 76 nömrəsi ilə əlaqə saxlayaraq və ya link-ə keçid edərək əldə etmək olar.