Gəncədə istehsal müəssisəsi hərraca qoyulur. Bu haqda 19 avqust tarixində Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat veririk.
Əmlak Məsələləri Dövlət Xidməti növbəti hərracların siyahısını paylaşıb. Zərifə Əliyeva küçəsi, 2-ci döngə, bina 10 ünvanında yerləşən ikimərtəbəli istehsal sexi satışa qoyulacaq. Müəssisənin ümumi faydalı sahəsi 1160,8 kvadratmetrdir.
Əmlakın ilkin satış qiyməti 156.250 manat olacaq.
Qeyd edək ki, hərrac 19 sentyabr saat 10:00-da Zərifə Əliyeva küçəsi, 3 ünvanında keçiriləcək. Ətraflı məlumat üçün (022) 256 13 76 nömrəsi ilə əlaqə saxlamaq olar.