"Kəpəz" akademiyasının yetirməsi olan 15 yaşlı futbolçu Əlisahib Əliyevlə peşəkar müqavilə bağlayıb.
Gencexeber.az bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, U-19-un əsas qapıçısı olmaqla yanaşı, Əvəzedicilər Liqası və Misli Premyer Liqasında forma geyinmək hüququ qazanıb.
"Sarı-göylər"in tarixində yeniyetmə istedadla son belə müqavilə 2018-ci ildə olub. Həmin vaxt 15 yaşlı müdafiəçi Ümid Səmədov əsas komandaya cəlb edilib. Əlisahib Əliyev isə "Kəpəz" tarixində peşəkar anlaşmaya imza atan ən kiçikyaşlı qapıçı ünvanına sahib çıxıb.