Gəncədə bir nəfər silah üstündə saxlanılıb. Bu haqda 1 iyul tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.
1-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş şəhər sakini E.Əliyevdən “Makarov” markalı tapança, patron darağı və 6 ədəd patron aşkar olunaraq götürülüb.
Aşkarlanan silah-sursat maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırmalar davam edir.