Gəncə sakini polis tərəfindən tutulub. Bu haqda 14 avqust tarixində DİN-ə istinadən məlumat veririk.
Hadisə Samux rayonunun Kolayır kəndində qeydə alınıb. Kənddə orta məktəbin gözətçisinə zor tətbiq edilərək mobil telefonunun alınması barədə polisə məlumat daxil olub.
Əməliyyatlar nəticəsində əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini Bəxtiyar Şəmsi saxlanılıb. O, hadisəni törətməkdə şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.