Gəncədə bir nəfər oğurluq üstündə tutulub. Bu haqda 13 iyun tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.
Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş K.Məmmədov saxlanılıb. O, müxtəlif vaxtlarda şəhər ərazisində bir velosiped, bir su mühərriki, “VAZ-21011” markalı avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.