top
Kərə yağı UCUZLAŞACAQ?
07 yanvar 2025, 14:00
- ↺ +

Kərə yağı UCUZLAŞACAQ?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana dəyəri 151 milyon 558 min dollar həcmində 26 min 403 ton kərə yağı idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, kərə yağının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 68 milyon 53 min dollar və ya 81,5% artıb, miqdar ifadəsində isə 11 min 487 ton, başqa sözlə 77% artıb.

Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayında isə Azərbaycana 83 milyon 505 min dollar dəyərində 14 min 916 ton kərə yağı idxal edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında idxal edilən kərə yağının 1 kiloqramının orta dəyəri 9 manat 76 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 9 manat 52 qəpik idi. Bu da illik müqayisədə 24 qəpik və ya 2,5% artım deməkdir. Bu il ümumi idxalın 0,81%-i kərə yağının payına düşüb.

Dövlət Statistika Komitəsinin (DSK) hesabatına əsasən isə bu ilin yanvar-noyabr aylarında ölkədə 26 min 890,6 ton kərə yağı istehsal edilib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 min 240,7 ton, başqa sözlə 9,1% çoxdur. 1 dekabr 2024-cü il tarixinə hazır yağ ehtiyatı 41,2 dəfə azalaraq 0,9 tona düşüb. Beləliklə, hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 487,6 ton çox olub.

Qeyd edək ki, bu dövrdə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 21.95 manat, yerli kərə yağının isə orta satış qiyməti 20.25 manat, ümumi orta qiyməti 21.38 manat təşkil edib.

Bəs yerli istehsalın idxalı üstələməsi fonunda kərə yağı niyə ucuzlaşmır?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bizim.media-ya açıqlamasında bildirib ki, DSK-nın yaydığı məlumatlarda diqqətçəkən bir neçə məqam var:

“İlkin məqam odur ki, kərə yağının idxalı 77% artıb. Bu kifayət qədər böyük rəqəmdir. Maraqlıdır ki, ölkə daxilində də yağ istehsalı 10%-ə qədər artıb. Belə çıxır ki, son 11 ayda ölkə daxilində kərə yağının miqdarı ötən illə müqayisədə 90%-dək artıb. Belə olan təqdirdə təklif tələbi üstələməli idi.

Amma reallıq odur ki, təklif artsa da, qiymətlərdə nəinki azalma, hətta kəskin artım baş verib. Bundan əlavə DSK-nın məlumatda deyilir ki, 2024-cü ilin 11 ayında Azərbaycanda hazır yağ ehtiyatı 41,2 dəfə azalaraq 0,9 tona düşüb. Bir il ərzində yağ ehtiyatının 41 dəfə azalması da xeyli sual doğurur.

Nəzərə alaq ki, beynəlxalq təşkilatların dəyərləndirmələrinə görə, illik adambaşına 7,2 kiloqram kərə yağı düşür. Bu hesabla da ölkəmizdə ortalama ildə 72 min ton kərə yağı tədarük olunmalıdır. Ötən 11 ayda isə cəmi 53 min kərə yağı tədarük edilib. Bu da o deməkdir ki, tələb təklifi xeyli üstələyir. Ona görə də idxal və istehsal artsa da, bazarda kərə yağının ucuzlaşması məntiqli görünmür”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

16 oktyabr 2020: Vətən müharibəsinin 20-ci günü

Bütün xəbərlər
Dünən, 17:22

Bir həyət, iki mənzərə: Gəncədə abadlıq işləri yarımçıq qalıb

Bütün xəbərlər
Dünən, 15:58

Gəncədə son 11 ildə gənclərin sayı 17,7% AZALIB

Bütün xəbərlər
Dünən, 14:35

MAXE olmaq istəyən gəncəlilərin nəzərinə

Bütün xəbərlər
Dünən, 14:02

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:30

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Bütün xəbərlər
Dünən, 12:02

İkinci qrup əlil Gəncədə 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi

Bütün xəbərlər
Dünən, 10:38

Gəncədə bəzi sürücülər yol hərəkəti qaydalarına məhəl qoymur

Bütün xəbərlər
Dünən, 10:06

Nüsrət Kəsəmənlinin anım günüdür

Bütün xəbərlər
Dünən, 09:00

Almaniya səfiri Gəncəyə səfər edib

Bütün xəbərlər
Dünən, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Tarix
Dünən, 00:01

15 oktyabr 2020-ci il: Vətən müharibəsinin 19-cu günü

Bütün xəbərlər
14 oktyabr 2026, 16:39

Maşınlar toqquşdu – 5 nəfər xəstəxanaya çatdırıldı

Bütün xəbərlər
14 oktyabr 2026, 15:37

Gəncədə 10 il ərzində əkin sahələri 61% azalıb

Bütün xəbərlər
14 oktyabr 2026, 15:01

Ermənistanda tutulan daşkəsənli əsgərin atası: "Dövlətimizə güvənirik"

Bütün xəbərlər
14 oktyabr 2026, 13:54

Sabah da Gəncədə hava isti olacaq - PROQNOZ

Bütün xəbərlər
14 oktyabr 2026, 12:19

Bir yaşlı oğlunun ölümünə səbəb olan anaya bu cəza verildi

Bizim fəxrimiz
14 oktyabr 2026, 11:37

Gəncəli güləşçi beynəlxalq turnirdə UĞUR QAZANIB

Bütün xəbərlər
14 oktyabr 2026, 11:07

Gəncə sakini evində ölü tapılıb

Bütün xəbərlər
14 oktyabr 2026, 09:40

ATU-da konfrans baş tutacaq

Bütün xəbərlər
14 oktyabr 2026, 00:00

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Bütün xəbərlər
13 oktyabr 2026, 17:18

GDU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
13 oktyabr 2026, 16:33

Gəncədə bir sıra ərazilər TƏMİZLƏNDİ

Bütün xəbərlər
13 oktyabr 2026, 14:13

"Gəncə Open-2026" şahmat festivalına start verilib

Oxşar xəbərlər