Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydarovun əmri ilə Qazax rayon Dövlət Yanğından Mühafizə İdarəsinə yeni rəis təyin edilib.
Gencexeber.az-ın məlumatına əsasən, daxili xidmət polkovnik-leytenantı Verdiyev Cəfər Arzu oğlu Qazax rayon Dövlət Yanğından Mühafizə İdarəsinə rəis təyin olunub.
C.Verdiyev indiyədək Gəncə şəhər 25 nömrəli Yanğından Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.