Gəncədə oğurluq hadisəsi baş verib. Bu haqda 17 avqust tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.
Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş şəhər sakini A.Həsənov saxlanılıb. O, şəhər ərazisindəki kafelərin birindən 2600 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma davam edir.