"Kəpəz"ə yeni müdafiəçi gəlib. Bu haqda 1 fevral tarixində futbol klubu rəsmi Facebook səhifəsində məlumat paylaşıb.
Klub Eldost Qiyasbəylini heyətinə qatıb. Onunla 6 aylıq müqavilə imzalanıb. Qeyd olunub ki, sonradan müqavilənin 1 il uzadılması mümkündür.
Bundan öncə gənc müdafiəçi "Zirə-2" klubunun şərəfini qoruyub.