“Kəpəz”in qapıçısı klubda qala bilər. Bu haqda 2 iyun tarixində Bizim.media-ya istinadən məlumat veririk.
“Kəpəz" yeni mövsümdə hazırkı legionerləri ilə bağlı qərarlar qəbul edəcək. Bildirilir ki, klubun rəhbərliyi Mario Mustapiçlə yola davam etmək istəyir.
Xorvatiyalı qapıçının performansı məşqçilər korpusu tərəfindən bəyənilib. Buna görə də Mustapiçə yeni müqavilə təklif olunub.
Onun komandada qalıb-qalmayacağı yaxın vaxtlarda bəlli olacaq.