Gəncə təmsilçisinin yoxlama oyunu baş tutacaq. Bu haqda 7 sentyabr tarixində futbol klubuna istinadən xəbər veririk.
"Kəpəz" və "Zaqatala" arasında yoldaşlıq matçı təşkil olunacaq. Görüş 8 sentyabr saat 17:00-da Gəncə şəhər stadionunda keçiriləcək.
Xatırladaq ki, “sarı-göylər” son qarşılaşmada “Araz - Naxçıvan”a məğlub olub.