Gəncə təmsilçisi futbolçusu ilə müqaviləni uzadıb. Bu haqda 1 iyul tarixində Bizim.media-ya istinadən məlumat veririk.
Söhbət 2015-ci ildən “Kəpəz”də çıxış edən Tural Rzayevdən gedir. O, növbəti mövsümü də komandanın heyətində keçirəcək.
Lakin yeni müqaviləyə əsasən, futbolçunun komandadan getməsi də mümkündür. Yarımmüdafiəçiyə xarici klublardan təklif gəlsə, o zaman rəhbərlik onun gedişinə şərait yaradacaq.
Qeyd edək ki, Rzayev müxtəlif vaxtlarda Litva və Gürcüstanda da legioner həyatı yaşayıb.