Gəncə təmsilçisi növbəti transferini həyata keçirib. Bu haqda 1 sentyabr tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz” heyətini gücləndirib. Gürcüstanlı Georgi Papunaişvili artıq "sarı-göylər"in şərəfini qoruyacaq. 27 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Papunaişvili İspaniyada “Saraqosa” və “Rasinq”də forma geyinib. Kiprin “Apollon” və Serbiyanın “Radniçki” klublarında oynayıb. Gürcüstan yığma komandasında 12 oyuna 2 qol vurub.