Gəncə təmsilçisi daha bir transfer həyata keçirib. Bu haqda 22 avqust tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz” növbəti futbolçu ilə müqavilə imzalayıb. Seneqallı Latir Fal bundan sonra "sarı-göylər"in şərəfini qoruyacaq. Yarımmüdafiəçi ilə ikiillik (1+1) müqavilə imzalanıb.
Qeyd edək ki, futbolçunun son klubu "Eştrela" (Portuqaliya) olub.