“Kəpəz”in qapıçısı klubdan ayrılıb. Bu haqda 7 iyun tarixində “Sumqayıt” FK-ya istinadən məlumat veririk.
Söhbət Orxan Sadıqlıdan gedir. Son mövsümdə “Kəpəz”in şərəfini qoruyan qapıçı “Sumqayıt” FK ilə ikiillik müqavilə imzalayıb.
Xatırladaq ki, daha öncə Nəbiyev qardaşları və Mario Mustapiç, Salif Sisse, Nicat Süleymanov, Zamiq Əliyev, Samir Məhərrəmlinin “sarı-göylər”i tərk etməsi barədə məlumat yayılmışdı.