Gəncə təmsilçisi daha bir futbolçu ilə anlaşıb. Bu haqda 23 avqust tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz” növbəti transferini həyata keçirib. “Sarı-göylər” Vüsal Məsimov ilə birillik müqavilə imzalayıb.
Qeyd edək ki, 23 yaşlı cinah müdafiəçisi 2021/2022-ci illər mövsümündə “Kəpəz”i təmsil edib. Onun son klubu "Turan Tovuz" olub.