Gəncə təmsilçisi futbolçusu ilə müqavəni yeniləyib. Bu haqda 19 iyun tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz” müdafiəçisi Elçin Əlicanovla yola davam etmək qərarına gəlib. Futbolçu ilə birillik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, I Diviziondan bəri klubun şərəfini qoruyan müdafiəçi ötən mövsüm Azərbaycan Premyer Liqasında 33 oyunda forma geyinib.