Gəncə təmsilçisinin futbolçuları PFL-in müsabiqəsində mübarizə aparırlar. Bu haqda 2 may tarixində futbol klubuna istinadən məlumat veririk.
Misli Premyer Liqasında aprel ayının TOP-5 qolu açıqlanıb. Siyahı Peşəkar Futbol Liqası tərəfindən tərtib olunub. Burada “Kəpəz”in üzvləri Elmir Tağıyev və Mate Kvirkviyanın qolları da yer alıb.
Hər iki top "Səbail" ilə oyunda vurulub. Futbolçular hazırda "Ayın qolu" layihəsində mübarizə aparırlar.
Dəstək olmaq istəyən şəxslər PFL-in "Facebook" səhifəsində keçirilən səsverməyə qatıla bilərlər.