Gəncə futbol klubuna ağır itki üz verib. Bu haqda 25 avqust tarixində kluba istinadən xəbər veririk.
Söhbət “Kəpəz”in sabiq kapitanı Şəhriyar Rəhimovdan gedir. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 34 yaşlı müdafiəçi müalicə üçün getdiyi Türkiyədə vəfat edib.
Futbolçu "Səbail", "İnter", "Karvan", AZAL, "Rəvan", "Kəpəz" və "Zirə" klublarının formasını geyinib. O, Azərbaycan millisində 9 oyun keçirib.
Qeyd edək ki, 2015-2018-ci illərdə "Kəpəz"in şərəfini qorumuş Şəhriyar Rəhimov kapitan sarğısını da daşıyıb.