“Kəpəz”in futbolçusu milliyə çağırılıb. Bu haqda 12 iyun tarixində AFFA-ya istinadən məlumat veririk.
Təmsilçimiz Mahir Həsənov 21 yaşadək futbolçulardan ibarət milli komandaya dəvət olunub. O, yığmanın heyətində iyunun 17-də İstanbulda Türkiyə, 20-də isə “Dalğa Arena”da Qırğızıstan milliləri ilə mübarizə aparacaq.