Gəncə təmsilçisi heyətini gücləndirib. Bu haqda 26 avqust tarixində futbol klubuna istinadən xəbər veririk.
Komandamız heyətinə daha bir futbolçu qatıb. Müqavilə ilə "Sabah"a məxsus olan Şakir Seyidov icarə əsasında mövsümün sonuna kimi "Kəpəz"də çıxış edəcək.
Qeyd edək ki, yarımmüdafiəçi müxtəlif yaş qrupları üzrə Azərbaycan yığmalarının, o cümlədən 21 yaşadək futbolçulardan ibarət millinin heyətində oynayıb.