“Kəpəz” və “Araz Naxçıvan” görüşməsi heç-heçə ilə nəticələnib. Bu haqda 21 iyul tarixində futbol klubuna istinadən xəbər veririk.
"Dalğa Arena"da baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Sarı-göy"lərin heyətində Mate Kvirkiya fərqlənib. "Araz Naxçıvan"dan isə qolu Orxan Əliyev vurub.
Qeyd edək ki, "Araz-Naxçıvan" yeni mövsümdə ilk dəfə Premyer Liqada mübarizə aparacaq.