Gəncə təmsilçisi komanda üzvü ilə vidalaşıb. Bu haqda 24 iyun tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz” yarımmüdafiəçi Ahmed Ayzaya ilə yollarını ayırdığını açıqlayıb. Futbolçu ilə olan müqavilə başa çatıb. O, karyerasını başqa klubda davam etdirəcək.
Qeyd edək ki, son mövsümdə 35 oyuna qatılan Ayzaya 4 qol vurub və 2 assist edib.