AFFA “Kəpəz”ə cəza kəsib. Bu haqda 6 mart tarixində Peşəkar Futbol Liqasına istinadən məlumat veririk.
Misli Premyer Liqasının XXV turunun “Kəpəz” – “Sabah” oyununda təmsilçimizin fanatları hakimləri kütləvi sürətdə təhqir etdikləri üçün klub 4000 manat ödəməli olacaq.
Bundan başqa, “Kəpəz”in hücumçusu Abdullahi Şuaybu birbaşa qırmızı vərəqə aldığına görə iki oyunluq cəza alıb. Bu səbəbdən klub 1600 manat cərimələnib.