Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda 13 sentyabr tarixində FHN-ə istinadən məlumat veririk.
Hadisə ümumi sahəsi 25 kvadratmetr olan köməkçi tikilidə qeydə alınıb. 3 kvadratmetr sahədə taxtadan ibarət rəf və 8 kvadratmetr sahədə dam örtüyünün taxta atmaları yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib.
Alov söndürülüb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.