top
İran Azərbaycanı qəsdən dolaşıqlığa çəkməyə çalışır - Naqif Həmzəyev
05 mart 2026, 17:22
- ↺ +

"İran Azərbaycanı qəsdən dolaşıqlığa çəkməyə çalışır" - Naqif Həmzəyev

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ərazisindən dron hücumlarının hədəfinə çevrilməsi qəsdən törədilmiş düşmənçilik aktı olaraq qiymətləndirilməli və beynəlxalq ictimaiyyət tərəfindən açıq pislənməlidir".

Bunu qafqazinfo.аz-a açıqlamasında deputat Naqif Həmzəyev bildirib.

Deputat qeyd edib ki, fevralın 28-dən etibarən ABŞ və İsrail İranın hərbi infrastrukturuna qarşı əməliyyatlar həyata keçirir: "İran öz növbəsində Körfəz ölkələrinə, İsrailə, NATO bazalarına, habelə regiondakı bir sıra ölkələrə minlərlə dron və ballistik raket buraxıb. Bununla belə, Azərbaycan bu münaqişəyə qarışmayıb, tərəfsizliyini qoruyub. İran isə bu xoş niyyətin əvəzində dinc qonşusuna qarşı hücum addımı atıb. Bu, heç bir hərbi məntiqə sığmayan, siyasi cəhətdən qabaqcadan düşünülmüş bir provokasiyadan başqa bir şey deyil.

BMT Nizamnaməsi hər hansı bir dövlətin başqa dövlətin ərazi bütövlüyünə qarşı güc tətbiq etməsini qəti qadağan edir. Azərbaycana yönəlmiş bu hücumlar həmin normanın kobud şəkildə pozulmasıdır. Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz hissəsidir. Hava limanı terminalı hərbi obyekt deyil - mülki infrastruktur, məktəb yaxınlığı isə tamamilə sivil mühitdir. İran bu hücumlarla sivil həyatı, sülh infrastrukturunu hədəf alıb. Bu, beynəlxalq humanitar hüququn da pozulmasıdır".

N.Həmzəyevin sözlərinə görə, İranın Naxçıvana hücumunu bir neçə prizmadan qiymətləndirmək olar: "Birincisi, İran geniş hücum dalğasını yayarkən nəzarətsiz qalan dronların öz hədəfini itirmiş ola biləcəyi ehtimalı var. İkincisi, daha ciddi bir ssenari kimi, İran regionu qəsdən gərginləşdirərək diqqəti dağıtmağa, Azərbaycanı dolaşıqlığa çəkməyə çalışmış ola bilər. Hər iki halda nəticə eynidir: suverenliyin kobud şəkildə tapdalanması, sülh sevən dövlətə qarşı güc tətbiqi.

Azərbaycan hava məkanını İrana qarşı hərbi məqsədlər üçün bağlamış, qonşuluq münasibətlərini dəyərləndirmiş, beynəlxalq arenada müvazinətli xarici siyasət yürüdüb. Azərbaycan nə ABŞ əməliyyatlarına qatılıb, nə İsrailə hərbi dəstək verib, nə də İrana qarşı hər hansı düşmənçilik addımı atıb. İranın bu hücuma hər hansı bir bəhanəsi yoxdur. Hücum mülki əhaliyə qarşı yönəlib, mülki infrastrukturu hədəf alıb. Bu faktlar İranın addımını daha da ciddi cinayət xarakteri daşıyan bir akt olaraq göstərir.

Azərbaycan Xarici İşlər Nazirliyi İranın Azərbaycandakı səfirini rəsmi şəkildə çağıraraq kəskin etiraz notası təqdim edib, cavab tədbirləri görülməsi hüququnu qoruduğunu bəyan edib. Bu düzgün addımdır. Lakin yalnız Azərbaycanın öz mövqeyini açıqlaması kifayət deyil. BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, ATƏT, həmçinin regionun aparıcı dövlətləri bu hücumu açıq pisləməlidir. Suverenliyin bu cür kobud şəkildə pozulmasına göz yummaq, bütün dövlətlər üçün ciddi presedent yaradır.

Naxçıvana hücum İranın regional davranışının yeni və təhlükəli bir səhifəsini açır. Müharibənin girdabında özünü itirən bir rejimin nəzarətsiz hərəkatları bütün qonşular üçün birbaşa təhlükəyə çevrilə bilər. Azərbaycan bu hücumu qətiyyətlə pislənməli, İrana aydın mesaj çatdırılmalı, suverenliyin qorunması üçün beynəlxalq mexanizmlər işə salınmalıdır. Heç bir ölkə öz ərazisinin başqa dövlətin idarəsizliyinə qurban getməsini qəbul edə bilməz. Azərbaycan da etməyəcək".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Gəncədə su xətləri çəkildi, sürücülər çətin vəziyyətə düşdü

Bütün xəbərlər
Bu gün, 15:57

Gəncə qapısı: Şuşanın Zəfər tağı

Bütün xəbərlər
Bu gün, 15:28

Gəncədə Zəfər Günündə şəhidlərin xatirəsi ehtiramla yad edilib

Bütün xəbərlər
Bu gün, 14:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Bütün xəbərlər
Bu gün, 14:48

Unudulmaz gəncəli aktrisanın anım günüdür

Bütün xəbərlər
Bu gün, 12:25

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 18:06

CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb

Bütün xəbərlər
Dünən, 17:34

Toyda "Qarabağ" - "Turan Tovuz" matçı izləndi

Bütün xəbərlər
Dünən, 16:38

Gəncədə zibillənmiş ərazilərdə səliqə-səhman yaradılıb

Bütün xəbərlər
Dünən, 16:03

Gəncənin iki futbol klubu görüşəcək

Bütün xəbərlər
Dünən, 15:15

Gəncədə aşmaqda olan dirək GÖTÜRÜLDÜ

Bütün xəbərlər
Dünən, 14:18

Sabah Gəncədə yağış yağacaq

Bütün xəbərlər
Dünən, 13:31

Gəncədə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək

Bütün xəbərlər
Dünən, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
Dünən, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Dünən, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Dünən, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Dünən, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Dünən, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Oxşar xəbərlər