Xəbər verdiyimiz kimi, Gəncə "İmamzadə" ziyarətgah kompleksində ibadət üçün ayrılmış hissədə qeyri-sabit hava şəraiti zamanı yağış suları tikilinin tavanından içəri axır.
Gencexeber.az məlumat verir ki, sözügedən problemin həlli istiqamətində praktiki addımlar atılıb. Aidiyyəti qurum tərəfindən məsələ nəzarətə götürülərək məsciddə baxış keçirilib. Tikilinin daxili və xarici hissəsində təmir işləri aparılıb, nəticədə problem aradan qaldırılıb.
Qeyd edək ki, bundan əvvəl vətəndaşlar redaksiyamıza günbəzin səthində saralma, boya qatının qopması və müxtəlif zədələnmələrin olduğunu bildiriblər. Onların sözlərinə görə, ibadət zamanı tavandan su damcıları ziyarətçilərin üzərinə düşür, məkan daxilində nəmişlik yaranır və qeyri-komfort şərait formalaşıb. Xalçaların islanmasının qarşısını almaq məqsədilə isə su daman hissələrə vedrələr düzülmüşdü.