Ötən gün ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Gencexeber.az bildirir ki, dövlət başçısı 2024-cü ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.
Mükafatlandırılanlar arasında Gəncənin yetirməsi, Paris-2024 Yay Paralimpiya Oyunlarının qalibi, parataekvandoçu İmaməddin Xəlilov da yer alıb.