Samuxda III Ərik Festivalı iyunun 20-də keçiriləcək.
Gencexeber.az bildirir ki, bu barədə Gəncə Regional Turizm İdarəsi məlumat yayıb.
Məlumata əsasən, festival çərçivəsində canlı musiqi ifaları, ərik yarmarkası, ərikdən hazırlanmış təamlar, əl işləri və ailəvi əyləncə zonaları təşkil olunacaq.