"Hökümə ilə savadına, dünyagörüşünə, səmimiyyətinə görə həmişə fəxr etmişik. Onun arzuları böyük idi".
Bunu təyyarə qəzasında həlak olan stüardessa Hökümə Əliyevanın qohumu onunla bağlı Baku TV-yə danışarkən deyib.
"Hökümənin nəşinin bu gün Bakıya gətiriləcəyi deyilir. Yəqin ki, sabah dəfn olunacaq", - deyə o, jurnalistlərin sualını cavablandırarkən söyləyib.