Gəncədə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün bayram tədbiri keçirilib. Bu haqda 1 iyun tarixində APA-ya istinadən məlumat veririk.
Mərasimdə icra başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri, İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri və övladları iştirak ediblər. Uşaqlar üçün əyləncəli-musiqili proqram nümayiş olunub, hədiyyələr verilib.