top
Həmdünyan: Nizami Gəncəviyə hədiyyə olunan kənd
27 aprel 2025, 11:00
- ↺ +

Həmdünyan: Nizami Gəncəviyə hədiyyə olunan kənd

 

Gəncənin dahi şairi Nizami “Xəmsə”yə daxil olan ikinci poemasını – “Xosrov və Şirin”i Atabəy Məhəmməd Cahan Pəhləvana göndərmişdi. Onun ölümündən sonra taxta çıxan Qızıl Arslan ehtiram əlaməti olaraq Gəncə yaxınlığında şairlə görüşüb Həmdünyan adlı kəndi ona bağışlamışdı. Atabəy kəndin bütün gəlirini nəsilbənəsil Nizamiyə və onun varislərinə verilməsi haqqında xüsusi fərman vermişdi

Nizamiyə bəxş edilən kəndin vəziyyəti haqda “Xosrov və Şirin” poemasında məlumat verilib. Əsərdə Həmdünya “gəlirindən artıq onun xərci” olan, “yarımca ağac”lıq kənd kimi təsvir olunur. Şairin yazdığına görə, hətta bəzi şəxslər “Bir xaraba kəndə layiqdir məgər?” sözləri ilə şahın şairə belə balaca və baxımsız kəndi bağışlamasını kinayə ilə qarşılayıblar. Buna cavab olaraq, Nizami kəndin təbii sərvətlərindən yazır:

Bir həmdim yaxşıdır beş-on Kənddən, bil.

İş və əkin varsa o Kənddə əgər,

Mənim hər sözümdən behişt göyərər.

Dənli sünbülü var, o Kəndin, nə qəm,

Mən də salxım-salxım dürr gətirmişəm.

Gur meşəsi vardır, söyləsən bu dəm,

Var qəmari uddan mənim yüz meşəm.

Kənd şairə verildikdən sonra Qızıl Arslanın göstərişi ilə burada abadlıq işləri görülür. XIV əsrdə yaşamış Həmdullah Qəzvini Nizamiyə hədiyyə edilən kənddən danışarkən oraya su çəkildiyi haqda məlumat verir. Tarixçi, həmçinin burada “Şirin bulaq” adlı yerin və kəndin yaxınlığında qəbiristanlığın mövcud olmasını qeyd edir.

1593-cü ildə yazılmış osmanlı vilayət təhrir dəftərlərindən Həmdünyanın gəlirinin yarısının şairin məqbərəsinə verildiyi qeyd olunub.

Kəndin yerləşməsi haqda müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar onun Nizamı məqbərəsinin yaxınlığında yerləşən Samuxun Tatlı kəndi olmasını ehtimal edirlər. Başqa ehtimala görə, bu kənd Goranboyun Həmənli kəndi ərazisində mövcud olub. Həmənli yaşayış yerində arxeoloji qazıntılar zamanı çaydaşından inşa edilmiş ev bünövrələri, saxsı borular, bulaq yeri, bulaqdan təxminən 150 metr kənarda 7 qəbirdən ibarət olan qəbiristanlıq da aşkar edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Bu gün, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Bu gün, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Bütün xəbərlər
Bu gün, 09:30

"Sovxoz Nizami"də piyadaların təhlükəsizliyi təmin olundu

Bizim fəxrimiz
Bu gün, 08:56

20 döyüş, 20 qələbə: Gəncəli boksçu məğlubiyyət tanımır!

Tarix
Bu gün, 00:05

29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
Dünən, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
Dünən, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Dünən, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Bütün xəbərlər
Dünən, 10:56

Göygöldə qanunsuz tikili sökülüb

Bütün xəbərlər
Dünən, 10:24

Gəncəli hakim İtaliyada tarix yazdı

Bütün xəbərlər
Dünən, 09:51

"Gəncə" mahnısı üstündə bıçaqlanma - 2 il 6 ay HƏBS

Bütün xəbərlər
Dünən, 09:19

Qənirə Paşayevanın vəfatından 3 il ötür

Bütün xəbərlər
Dünən, 08:40

34 yaşlı kişi bıçaqlandı, şübhəli saxlanıldı

Bütün xəbərlər
Dünən, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
27 sentyabr 2026, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
27 sentyabr 2026, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
26 sentyabr 2026, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Oxşar xəbərlər