Gəncədə evində narkotik yetişdirən şəxs saxlanılıb. Bu haqda 9 avqust tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk.
Şəhərdə 1-ci Polis Şöbəsi əməkdaşları əməliyyat keçiriblər. Nəticədə borclu qismində axtarışda olan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əliyev saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən 2 ədəd çətənə kolu və 740 qram marixuana aşkar olunub.
Araşdırma aparılır.