Gəncədə liseylərə sənəd qəbuluna start verilib. Bu haqda bu gün, 11 avqust tarixində Gencexeber.az Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Qəbul 18 avqust tarixinə qədər davam edəcək. Mərkəzləşdirilmiş qəbul imtahanı 23 avqust tarixində Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə baş tutacaq.
Sənədlərin qəbulu aşağıdakı məktəb və siniflər üçün nəzərdə tutulub:
- Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-lisey;
- Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseyinə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün V sinif;
- Gəncə şəhər 26 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey;
- Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin X sinif lisey sinfi.