Fransa şirkəti Gəncədə tədris mərkəzi açmaq istəyir. Bu haqda Gencexeber.az-a 27 iyun tarixində məlumat daxil olub.
Şəhərimizdə təhsil alan tələbələrdən dəmir yolu mütəxəssisləri hazırlanacaq. Onlar mühəndislik ixtisası üzrə təhsil alan IV kurs və magistr tələbələri arasından seçiləcəklər. Gənclər xüsusi dərslərə cəlb olunacaqlar. Daha sonra həmin tələbələr işlə təmin ediləcəklər.
Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon bildirib ki, "Alstom" tədris mərkəzi (dəmir yolu sahəsində mütəxəssislər hazırlayan mərkəz) Azərbaycan Texniki Universitetinin bazasında dəmir yolu işçilərinin hazırlanması prosesinə yeniliklər gətirir və ən son texnologiyaları tətbiq edir.